Qardaş Türkiyədə koronavirusdan həyatını itirənlərin sayı mini keçib

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar yaradılan Elmi Qurumun toplantısından sonra keçirilən mətbuat konfransında son statistikanı açıqlayıb:

Ötən sutka ərzində  30 864 şəxs  koronavirus testindən keçirilib, onlardan 4747-nin cavabı pozitiv çıxıb. 98  xəstə həyatını itirib.

Beləliklə, Türkiyədə yeni növ koronavirusdan dünyasını dəyişənlərin sayı mini keçib və 1006-ya yüksəlib.

Bu vaxtadək 47 029 nəfərdə  koronavirus aşkar olunub.  Onlardan 1667 nəfəri reanimasiyadadır, 2423 nəfərin isə müalicəsi müsbət nəticə verib. Bu gün  xəstəlikdən qurtulmuş daha 281 şəxs  evə buraxılıb.

Türkiyədə indiyə qədər 307 210 test aparılıb.

Qeyd edək ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca çıxışında  hazırki vəziyyətdə ölkənin səhiyyə sistemi, tibbi personal  və onların təchizatı, eləcə də görülən tədbirlər haqqında geniş məlumat verib.





Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir