“Azərişıq” xeyirin yarıdan çoxunu keçmiş rəhbərinin şirkətlərinə verib

“Azərişıq” elektik paylayıcı şirkəti yeddi müqavilə ilə beton dirəklərin, kabellərin, avadanlıq və digər materialların alındığını elan edib.

Bu barədə xəbər verən “Turan” informasiya agentliyinin iddiasına görə, müqavilələrdən ikisi bu inhisarçı  dövlət qurumunun  keçmiş rəhbəri Baba Rzayevə və onun ailə üzvlərinə məxsusdur.

Müqavilələrin ümumi dəyəri 30 milyon 268,9 min manat ($17,8 milyon) təşkil edir.

Baba Rzayevin və ailə üzvlərinin iştirakı ilə təsis edilən ”Göknur Baku LTD” MMC və “GBS” MMC 18,2 milyon  manatlıq müqavilə alıb. Müqavilələr üzrə öhdəliklərin icra müddəti 1 ildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir