DİN: Mərasim evində qumar oynayanlar saxlanılıb

Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunmasına baxmayaraq, bəzi şəxslər tərəfindən qaydaların pozulması hallarına hələ də rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, xüsusi karantin rejimini pozaraq mərasim evində qumar və digər stolüstü oyunlar oynayan şəxslər saxlanılıb.

Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi reyd zamanı Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən, ümumi istifadədə olan mərasim evində 6 nəfərin xüsusi karantin rejimini pozaraq qumar və digər stolüstü oyunlar oynadıqları aşkar edilib. Bu  şəxslər saxlanılaraq Səbail RPİ-nin 41-ci Polis Bölməsinə aparılıblar.

Xüsusi karantin qaydalarını pozan şəxslər   İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən 100 manat məbləğində  cərimə ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir