Prezident: “Əminəm ki, Azərbaycan xalqı  karantinin uzadılmasını düzgün başa düşəcək”

Azərbaycan Prezidenti  İlham Əliyev Sosial Müdafiə naziri və İqtisadiyyat naziri ilə videokonfrans keçirib.

Pandemiya ilə mübarizə çərçivəsində mövcud vəziyyət və görülən işlərdən danışan prezident  əhalinin sosial müdafiəsinin və iqtisadiyyata dəstək  proqramının təmini ilə bağlı nazirləri dinləyərək onlara yeni göstərişlər verib.

Sonda prezident İlham Əliyev

Əminəm ki, Azərbaycan xalqı  karantinin uzadılmasını düzgün başa düşəcək. Bir də demək istəyirəm ki, bu hər birimiz üçün böyük çətinliklər törədir. Ancaq insanların sağlamlığı, həyatı  hər şeydən üstündür. Nə qədər lazımdır dözməliyik…”

deyib və qeyd edib ki, sosial-iqtisadi paket  son tapşırıqlarla 3-3,5 milyard manatı ötəcək.

Xatırladaq ki,  martın 24-dən  aprelin 20-nə  kimi Azərbaycanda  xüsusi karantin rejimi elan edilmişdi.  Bu müddətin mayın ortalarınadək uzadılacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir