Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu televiziya çıxışında Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrə də münasibət bildirib.
Tovuz rayonu ərazisində Ermənistanın Azərbaycan mövqelərinə hücumlarını qınayan Çavuşoğlu deyib:
Əlbəttə, Azərbaycan ordusu lazım olanı etdi və hücumları geri püskürtdü. Burada bunu görürük: Ermənistan yeni münaqişə zonaları yaradıb xüsusilə işğal etdiyi torpaqlardan diqqəti başqa yerə çəkmək istəyir”.
Türkiyənin Xarici İşlər naziri Ermənistanın münaqişənin həllinə destruktiv yanaşdığını, heç bir çözümü qəbul etmədiyini vurğulayaraq bildirib:
Ermənistanın etdiyi qəbulolunmazdır. Ağlını başına toplasın. Azərbaycan yalnız deyil. Biz – Türkiyə Cümhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq”.
Azərbaycanın ərazi bütünlüyünün qorunması üçün Türkiyənin əlindən gələn hər şeyi edəcəyini nəzərə çatdıran Çavuşoğlu:
Azərbaycan işğal edilmiş torpaqları və Qarabağ mövzusunda hansı həll yolunu seçərsə biz Azərbaycanın yanında olacağıq”.
, – deyib.
Mənbə: AA
İnanıram ki, Azərbaycan işğal olunmuş torpaqları azad etmək üçün müharibəyə başlasa, nəinki Türkiyə, bri çox ölkələrdən açlq və yaxud qapalı şəkildə ölkəmizə maddi-mənəvi dəstəklər edəcəklər.
Canım da malım da Azərbaycan’ın bir karış toprağına feda olsun.