Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu televiziya çıxışında Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrə də münasibət bildirib.

Tovuz rayonu ərazisində Ermənistanın Azərbaycan mövqelərinə hücumlarını qınayan Çavuşoğlu deyib:

Əlbəttə, Azərbaycan ordusu lazım olanı etdi və hücumları geri püskürtdü. Burada bunu görürük: Ermənistan yeni münaqişə zonaları yaradıb xüsusilə işğal etdiyi torpaqlardan diqqəti başqa yerə çəkmək istəyir”.

Türkiyənin Xarici İşlər naziri Ermənistanın münaqişənin həllinə destruktiv yanaşdığını, heç bir çözümü qəbul etmədiyini vurğulayaraq bildirib:

Ermənistanın etdiyi qəbulolunmazdır. Ağlını başına toplasın. Azərbaycan yalnız deyil. Biz – Türkiyə Cümhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq”.

Azərbaycanın ərazi bütünlüyünün qorunması üçün Türkiyənin əlindən gələn hər şeyi edəcəyini nəzərə çatdıran Çavuşoğlu:

Azərbaycan işğal edilmiş torpaqları və Qarabağ mövzusunda hansı həll yolunu seçərsə biz Azərbaycanın yanında olacağıq”.

, – deyib.

 

Mənbə: AA

2 Comments
  1. İnanıram ki, Azərbaycan işğal olunmuş torpaqları azad etmək üçün müharibəyə başlasa, nəinki Türkiyə, bri çox ölkələrdən açlq və yaxud qapalı şəkildə ölkəmizə maddi-mənəvi dəstəklər edəcəklər.

Kutay üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir