Türkiyə Səhiyyə naziri Fəxrəddin Koca “Twitter” hesabı üzərindən ölkədəki epidemioloji vəziyyət haqqında statistik məlumatları paylaşıb:
Son 24 saatda aparılan 40.016 test müayinəsi nəticəsində koronavirusa 927 yeni yoluxma faktı aşkarlanıb. COVİD-19 səbəbindən 17 nəfər vəfat edib. Yoluxucu xəstəlikdən 1010 nəfər sağalaraq xəstəxanadan evə yazılıb.
Reanimasiya şöbəsində 1249 ağır və 387 intubasiya vasitəsilə süni tənəffüs aparatına qoşulan pasiyent müalicə olunur.
Ötən müddət ərzində ölkədə 4.572.688 test müayinəsi nəticəsində 226 100 ümumi yoluxma qeydə alınıb. Yoluxanlardan 5613 insan atipik pnevmoniya nəticəsində həyatını itirib və 209 487 nəfər sağalıb.