Ümumtəhsil məktəbləri üçün 2020-2021 dərs ilinə aid tədris planı təsdiqlənib

Xüsusi karantin rejimi dövründə ümumtəhsil məktəbləri üçün 2020-2021 dərs ilinə aid əsas və uyğunlaşdırılmış tədris planları, “Tədris planlarına dair qeydlər” Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilib.

Əmrə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani formada həftədə 2 dəfə, digər şəhər və rayonların ümumi təhsil müəssisələrinin fəaliyyəti isə əyani formada həftədə 3 dəfə tətbiq edilməklə uyğunlaşdırılmış tədris planlarına müvafiq təşkil olunacaq”.

Ümumi təhsil müəssisələrində dərs məşğələləri

  • I-IV siniflərdə sentyabrın 15-dən əyanidistant (məsafədən),
  • V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyanidistant (məsafədən),
  • X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyanidistant (məsafədən) formalarda başlayacaq.

Dərslər epidemioloji vəziyyətdən və məktəbdə şagird sıxlığından asılı olaraq müəyyən edilmiş qaydada təşkil ediləcək”.

Həmçinin dərs cədvəllərinin tərtibatı təhsil müəssisələri tərəfindən həyata keçiriləcək.

Valideynlər övladlarının hansı formada təhsilə cəlb olunması ilə bağlı seçim edə biləcəklər”.

Eləcə də ibtidai sinif şagirdlərinin valideynləri sentyabrın 11-dən övladlarının əyani tədrisə cəlb olunmaları ilə bağlı məlumatı birbaşa təhsil müəssisələrindən əldə edə biləcəklər. Ümumi orta və tam orta təhsil səviyyələrində oxuyan şagirdlərin də virtual dərs cədvəlləri həmin tarixdən müəyyənləşəcək.

 

Şərh yaz

1 Şərh

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir