Azərbaycanın media resursları, xüsusilə internet-media “Ermənilər Xankəndidə İlham Əliyevi belə izlədi” başlığı ilə bu şəkli yayımlamaqdadır.
Həqiqətən də, “Associated Press” belə bir şəkillə material dərc edib. Hətta şəkilaltı mətndə ermənilərin sığınacaqda Azərbaycan Prezienti İlham Əliyevin çıxışına baxdıqlarını yazıb.
Amma təəssüf ki, Azərbaycan mətbuatı bu şəkli ümumi kontekstdən çıxararaq digər məqamlara diqqət ayırmadan təqdim edib.
Məqsəd nədir – daxili auditoriyanı məmnun, məst etmək və eyforiya hissini coşdurmaqdırmı?
“Associated Press” dünyanın ən böyük beynəlxalq informasiya agentliklərindən biridir. Baş ofisi ABŞ-da, Nyu-Yorkda yerləşir.
Qeyd olunan şəkil Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ABŞ-a səfəri fonunda hazırlanmış “Nagorno-Karabakh fighting rages as US hosts talks” – “ABŞ danışıqlara ev sahibliyi edərkən Dağlıq Qarabağda döyüşlər şiddətlənir” sərlövhəli materiala aiddir.
Dünyaca məşhur agentlik Pompeo ilə nazirlərin görüşündən bir cümlə ifadə etməklə Xankəndidən (red – yazıda: Stepanakert) reportaj hazırlayıb, materialı müşayiət edən 18 şəkil əlavə edib.
Agentlik erməni mülki əhalinin bombardmana məruz qaldığını, bu səbəbdən onların zirzəmilərdə gizləndiyi fikrini formalaşdırmaq niyyəti güdür. Sığınacaqlardan birindən fotolu reportaj verib dolayı yolla şüuraltına bu informasiyanı “inyeksiya” edib, qısa desək: məsum erməni, aqressiv azərbaycanlı obrazı yaratmağa çalışır. Tanış ssenaridir, deyilmi?
“Associated Press”in bu və digər materiallarını təhlil etdikdə bəlli olur ki, agentlik məqsədyönlü və əsasən birtərəfli qaydada erməni mövqeyindən çıxış edir, erməni iddialarını qabartmağa çalışır. Erməni yalanlarına gen-bol yer ayıran müəllif və redaktorlar ən yaxşı halda Azərbaycanın mövqeyini xəsiscə bir-iki cümlə ilə ifadə edir. Əvəzində ermənilərin yalan- təbliğat maşınının iddialarına hər çalarda səxavətlə yer ayrırlar.
Materialların əksəriyyətində onların hazırlanma yeri Yerevan və Xankəndi (red: Stepanakert) göstərilib. Müəllifləri də erməni.
Bakıdan, Tərtərdən, Gəncədən və ya hər hansı digər Azərbaycan məntəqəsindən reportaj, erməni vəhşilikləri, Ermənistanın müharibə cinayətləri barədə adi xəbər belə verilməyib, buna meyil göstərilməyib.
Gəncənin (eləcə də digər məntəqələrin) yaşayış zonalarının dəfələrlə raket atəşinə tutulması haqqında ayrıca heç bir material yoxdur. Yalnız bir xəbərdə faciə yerinin şəkli verilib, amma bu, hadisə yerinə Türkiyə Parlamentinin Sədrinin səfərini ifadə edən şəkilaltı yazı formasında edilib. Bunda da məqsəd Gəncə faciəsi haqqında danışmaq yox, Türkiyənin konfliktdə iştirakı təəssüratı yaratmaq olub. Çünki digər materialların əksəriyyətində təkrar-təkrar ermənilərin Türkiyənin hərbi münaqişədə iştirakı ilə bağlı və digər sərsəm iddialarına yer verilib.
Konkret olaraq ermənilərin guya İlham Əliyevin çıxışına baxdıqları təəssüratı yaradan fotoya gəlincə:
Əslində, ermənilər Azərbaycan Prezidentinin çıxışına deyil, Ermənistan kanallarından birinin verilişinə baxırlar. Konkret olaraq bu, “Erkir” televiziya kanalının efiridir.
Bu kanal radikal “Daşnaksyutun” partiyasının ideologiya və mövqeyini dəstəkləyir. Odur ki, onun efirində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışının yayımlandığını düşünmək sadəlövhlük olardı. Bundan danışırlar, amma çıxışları vermirlər.
Cəbhədə ağır məğlubiyyətlərə düçar olan düşmən iftira və yalanlarına daha da güc verib. Erməni televiziya və radiolarında, çap və elektron mediasında, elecə də sosial şəbəkələrin erməni seqmentində Azərbaycana, prezident İlham Əliyevə, xalqımıza qarşı son dərəcə çirkin kampaniya aparılır. Bu zaman cəbhədə baş verənlər, Azərbaycan Ordusunun müzəffər yürüşü danılır. Erməni ideoloqları məruz qaldıqları total məğlubiyyətləri ciddi şəkildə ictimaiyyətdən gizlədir, hər zaman olduğu kimi, mövcud reallığı kökündən təhrif edirlər. Kin və nifrət püskürürlər. İlham Əliyevin söylədiyi həqiqətlərin, verdiyi məlumatların erməni ictimaiyyətinə təsirini neytrallaşdırmağa cəhd göstərirlər.
Düşmən cəmiyyəti – ermənilər həqiqətdən, ədalətdən, ümumiyyətlə, reallıqdan çox uzaqdırlar. Onları özlərinə gətirə biləcək tək bir çarə var: silahla üzərimizə gələnləri qanlarında boğub TAM QƏLƏBƏ qazanmaq!