Birinci Qarabağ müharibəsi zamanı Rusiyanın ermənilərə dəstək verdiyi hər kəsə əyan olsa da, ermənilər bunu hər vəchlə inkar edirdilər.
Əslində, bütün dünya bunu bilir. Təkcə Türkiyədən və bir neçə kiçik dövlətdən başqa buna qarşı çıxan olmayıb. Bu, geniş və dərin təhlil tələb edən mövzudur. Məqsədimiz isə başqadır…
Sarsıdıcı zərbə alan düşmənin – Ermənistanın həm də maskası düşüb: bir neçə gündür özlərini ifşa ilə məşğuldurlar. Qırmızı yalan, həyasiz iftira, mənəviyyatsız ittiham maşını əvvəlkitək işləmir – Azərbaycan Ordusunun dəmir yumruğu çox mifləri dağıtdığı kimi ermənilərin ideoloji yalan, saxtakarlıq fabrikini də darmadağın edib.
Ən üst səviyyələrdə – xüsusi xidmət orqanlarının rəhbərləri, siyasi liderlər, vəzifəli şəxlər yalan və saxtakarlıqdan ibarət ideologiyanın iflasa uğradığını, Azərbaycanın israrla yalanladığı “fakt”ların, həqiqətən də, saxta, reallıqdan uzaq olduğunu etiraf ediblər.
Qürurverici hal bir də ondan ibarətdir ki, bu etiraflar fonunda bəlli olur ki, 44 günlük müharibə dövründə Azərbaycan Müdafiə Nazirliyinin bütün xəbər və məlumatları həqiqət, dəqiq imiş. Beləliklə, kimin dürüst, kimin yalançı olduğuna da cümlə cahan şahidlik etdi!
Bütün bu etiraflar sistemləşdirilməli və qeydə alınmalıdır. Çünki düşmən o qədər riyakar və axmaqdır ki, yalan fabrikini yenidən quracaq və qaldığı yerdən davam edəcək. Bu, erməni xislətidir və nə yazıq ki, dəyişilməz, düzəlməzdir…
Hər zaman olduğu kimi, müharibə dövründə də Ermənistanın yalan fabrikini qidalandıran muzdlu əcnəbi KİV və fərdi blogerlərin arasında Rusiya təmsilçiləri xüsusi yer tutub. Şübhəsiz ki, bunun arxasında həm də siyasi iradə var…
Onlardan biri də ANNA video youtube kanalıdır. Əslində, bu kanal ermənilərə daha “keyfiyyətli” qulluq edib. Çünki onun materialları “inandırıcılığı” ilə hətta bizim KİV-in də marağına səbəb olub…
Kanalın son videolarından biri müharibənin yekun akkordları üzərində qurulub. Ümumilikdə ermənilərə xidmət üçün nəzərdə tutulub. Bu səbəbdən biz ona istinad etməz, daha doğrusu bu kanalın materialını ənənəmizə sadiq qalaraq yayımlamazdıq…
Xatırlayırsınızsa, yuxarıda qeyd etdiyimiz kimi, ermənilər həmişə birinci Qarabağ müharibəsində rusların (oxu: Rusiyanın) onlara göstərdiyi misilsiz hərbi kömək və himayəni həyasızlıqla inkar ediblər.
İndi olmayan başlarını o qədər itiriblər ki, guya onlara işləyən video kanallarda nələrin göstərildiyinə də nəzarət və diqqət edə bilmirlər.
Məsələ ondadır ki, bu videonun 15:32 dəqiqəsində kadra ermənilərin birinci Qarabağ müharibəsində iştirak etmiş rusların (Rusiya hərbiçilərinin) xatirəsinə Xankəndidə ucaltdıqları abidə də düşüb.
Xatirə abidəsi üzərində yazılıb:
“Artsaxın azadlığı uğrunda savaşmış rus qardaşlarımıza şərəflə eşq olsun 1992-1994”
Şərhə ehtiyac varmı?
Əlavə olaraq:
Videoda ermənilərin iki yaralı Azərbaycan əsgərinə “yardım” etmələri də əks olunub. Bu, Ermənistanın təslim olmasından və atəşkəsin qüvvəyə minməsindən sonraya aid görüntülərdir. Heç şübhəsiz, əsgərlərimizə yardım göstərilməsi ermənilərin humanistliyindən irəli gəlməyib. Orada Rusiya hərbçiləri və işləyən kameralar olub. Eyni zamanda bu məqamdan təbliğat materialı kimi istifadə etmək məqsədi güdülüb.
Diqqət edin: bu, ermənilərin və rusiyalı müxbirin ona yaxınlaşdığı andır. Göründüyü kimi (özünü Əmir kimi təqdim edən) yaralı əsgərimizin üzü təmizdir, sol (şəkildə sağ) qaşının üstü qansızdır, yara yoxdur…
İndi isə bu ana diqqətlə baxın:
Əsgərimizin sol qaşının üstündən yanağına yenicə axan qan izi var. Bu, nəyə dəlalət edir?
Qeyd edək ki, ilk yaxınlaşan ermənilərdən biri ona söyüşlə müraciət etmişdi. O anda əsgərimiz qorxmadan erməniyə üzünü də bozardaraq təpinmişdi.
Video yarımçıqdır. Yəni əvvəlki anla sonrakı məqamlar arasında boşluq var. Çox güman ki, rəşadətli, qorxmaz yaralı əsgərimizə qarşı zorakılıq edilib, onu vurublar. Bu “isti” yara da məhz bunun işarəsidir:
Qeyd: bəlkə kimsə düşünə bilər ki, əsgərimiz bu xəsarəti təpədən aşağı endirilərkən alıb. Amma videonu təkrar-təkrar izlədikdə onun belə bir zərbə almadığı, yarasına görə sağ yanı üstə sürüşməyə çalışdığı görünür. Ermənilərin yaralıya necə “qayğı” ilə yanaşdğı da elə bu səhnədən bəllidir…