Yeni nəşrlər: “İzahlı islam fəlsəfəsi terminləri lüğəti”

Fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun növbəti kitabı  – “İzahlı islam fəlsəfəsi terminləri lüğəti” işıq üzü görüb.

Bu barədə məlumat verən müəllif  lüğətin ərəb dilində müsəlman fəlsəfəsi əsərlərini oxuyanlara kömək məqsədilə hazırlandığını qeyd edib. Lüğətə müsəlman filosofları tərəfindən işlənib hazırlanmış terminlərin müəyyən hissəsi, klassik müsəlman fəlsəfi əsərlərində xatırlanan yunan, roma, bizans mənşəli filosofların ərəb dilində göstərilmiş adları daxil edilmişdir. Ümumilikdə lüğətdə 440 sözün izahı verilib.

Kitabda Orta əsr müsəlman fəlsəfəsi, məntiqi, metafizika və psixologiyası, astronomiyasına aid terminlərin düzgün izahına cəhd göstərilib.

Lüğətdə terminlər ərəb əlifbasına uyğun sıralanıb. Əvvəlcə terminin ərəbcə yazılışı, sonra mötərizədə transkripsiyası, Azərbaycan dilindəki ekvivalenti, ərəbcə versiyanın dilimizin orfoqrafiya qaydalarına uyğun fonem transliterasiyası, hərfi mənası və nəhayət, izahı verilib.

Ümid edirik ki, lüğət təkcə müsəlman fəlsəfəsi deyil, həm də ilahiyyat, islamşünaslıq və dinşünaslıq mütəxəssisləri üçün faydalı olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir