Son 24 saatda Türkiyədə aparılan 129.299 test müayinəsi nəticəsində 11 min 187 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 735-i aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 65 nəfər vəfat edib. 7785 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.
Xəstələrdən 1261 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3,6%-dir.
Ölkədə indiyədək ümumilikdə 2 milyon 780 min 417 yoluxma, 29 min 030 insan itkisi və 2 milyon 623 min 924 sağalma faktı qeydə alınıb.
Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 34.122.851 COVID-19 test müayinəsi aparılıb.