Fransanın şimalında, Normandiya ərazisində helikopter qəzası olub.
Bu barədə “Report” “Europe 1” radiostansiyasına istinadən xəbər verir.
KİV-in məlumatına görə, helikopter Tuk kommunası ərazisinə düşüb.
Hadisə nəticəsində Fransa Milli Məclisinin deputatı, 60 yaşlı milyarder Olivye Dasso həlak olub. Qəza zamanı helikopterin pilotu da həlak olub.
Fransa Prezidenti Emmanuel Makron həlak olanların ailələrinə başsağlığı verib.