İngiltərə Premyer Liqası: “Mançester Siti” derbidə uduzub

"Mançester Siti" derbidə uduzdu

İngiltərə Premyer Liqasında XXVIII turun mərkəzi görüşü “Mançester Siti” və “Mançester Yunayted” komandaları arasında keçirilib.

“Report”un məlumatına görə, qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 2:0. Hesabı 2-ci dəqiqədə dəqiq penalti zərbəsi ilə Brunu Fernandeş açıb. 50-ci dəqiqədə isə Lük Şou yekun nəticəni müəyyənləşdirib.

Bununla da “Mançester Siti”nin Premyer Liqada 15 oyunluq qələbə və 19 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyulub. Bununla belə, “şəhərlilər” 28 qarşılaşmadan 65 xalla 1-ci yerdə qərarlaşıblar. “Mançester Yunayted” isə 54 xalla 2-cidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir