İspaniya La Liqası: “Atletiko”-“Real” oyununda qalib müəyyənləşməyib

İspaniya La Liqası: "Atletiko" - "Real Madrid" oyununda qalib müəyyənləşmədi

İspaniya La Liqasının 26-cı turunda “Atletiko” (Madrid) və “Real Madrid” komandaları qarşılaşıb.

“Report” xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə sona çatıb.

Meydan sahiblərinin heyətində 15-ci dəqiqədə Luis Suares fərqlənib. Qonaqlar bu qola 88-ci dəqiqədə Kərim Benzemanın dəqiq zərbəsi ilə cavab veriblər.

“Atletiko” 25 matçda 59 xal yığaraq İspaniya çempionatının yarış cədvəlində liderliyini davam etdirir. Onu 56 xalla “Barselona” və 54 xalla “Real Madrid” təqib edir.

“Atletiko” növbəti turda martın 10-da “Atletik”i (Bilbao) qəbul edəcək. “Real Madrid” isə bundan 3 gün sonra ev oyununda “Elçe” ilə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir