Beynəlxalq Kosmik Stansiyadan fəzaya ağır “zibil” atılıb

Beynəlxalq Kosmik Stansiyanın (BKS) ekipajı köhnə akkumulyatorlardan ibarət lazımsız platformanı  kosmosa atıb. Kosmosa atılan növbəti  “zibilin” çəkisi 2,5 ton olub. Bu, BKS tarixində kosmosa atılmış ən böyük və ağır tullantıdır.

Platforma stansiyadan yapon istehsalı olan manipulyator vasitəsilə kənarlaşdırılıb. Bu qurğu stansiyaya ötən ilin mayında  HTV-9  kosmik yük gəmisində qaldırılıb. Köhnə akkumulyatorlar ABŞ istehsalı olan yeniləri ilə əvəzlənib.

Platformanın BKS-dan kənarlaşdırma prosesini NASA canlı yayımlayıb.  Mütəxəssislərin bildirdiyinə görə, atılan yük bir müddət sonra orbitdən çıxacaq və Yer çəkimi ilə atmosferin sıx qatlarına girərək yanacaq.

Hazırda BKS-da iki rusiyalı, 4 amerikalı, 1 yapon astronavt fəaliyyət göstərir.

Heyət iki gün əvvəl Rusiyanın “Zvezda” modulunu təmir edib – ondakı çatı  germetik maddə ilə  bağlayıblar.

 

Mənbə: Rambler

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir