OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 840 yeni yoluxma faktı qeydə alınıb, 268 nəfər müalicə olunaraq sağalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 242 min 491 koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib. Yoluxanlardan 231 min 638 nəfər müalicə olunaraq sağalıb, 3 307 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 546 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10.023, ötən müddət ərzində isə ümumilikdə 2.736.493 test müayinəsi aparılıb.