Son 24 saatda Türkiyədə aparılan 167.526 test müayinəsi nəticəsində 18 min 912 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 869-u aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 73 nəfər vəfat edib. 17 min 161 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.
Xəstələrdən 1484 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3,2%-dir.
Ölkədə indiyədək ümumilikdə 2 milyon 930 min 554 yoluxma, 29 min 696 insan itkisi və 2 milyon 752 min 023 sağalma faktı qeydə alınıb.
Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 35.603.028 COVID-19 test müayinəsi aparılıb.