Almaniya vətəndaşı 360 min avroya (612 min AZN-ə) “Ferrari F8 Tributo” model avtomobili alandan 6 saat sonra ciddi qəzaya düşüb.
Alman mətbuatının verdiyi məlumata görə, Baden-Württembergdən olan 43 yaşlı şəxs istəklərinə uyğun komplektasiyada və rəngdə, hər detalı fərdi yığılan “Ferrari”nin ona təhvil verilməsini iki ilə yaxın gözləyib.
Xəyalındakı “Ferrari”ni nəhayət təhvil alan sifarişçi maşının təkərlərinin yay təyinatlı olmasına diqqət etməyib və avtobanda yüksək sürətlə hərəkətdəykən idarəetməni itirib: avtomobil beton arakəsməyə çırpılandan sonra arxa təkəri yerindən qopub, daha sonra qarşı yola sürüşən “Ferrari” mikroavtobusla toqquşub.
Nəticədə “Ferrari F8 Tributo” model idman avtomobilinin qabaq tərəfi tamamilə dağılıb.
Avtomobilin təhlükəsizlik sisteminin işə düşməsi sayəsində sürücü qəzadan xəsarət almadan qurtulub.
Mənbə: RNT