BMT məruzəçisi: Myanmada kütləvi qətl törədilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi məruzəçisi Tom Endryus  Myanmada  nümayişçilərin ölkənin hərbi qüvvələri tərəfindən gülləboran edilməsini qınayaraq  bunu “kütləvi qətl” kimi səciyyələndirib.

Bu barədə Almaniyanın DW informasiya resursu məlumat verib.

O, Myanma hərbçilərinin  Silahı Qüvvələr Günü silahlarını ölkə boyu  öz vətəndaşlarına qarşı yönəltmələrinə,  insanları, o cümlədən uşaqları  öldürməsinə dünyanın fərqli münasibət  göstərməsinə də diqqət çəkib:

İndi sual olunur ki, beynəlxalq  birlik  hansı mövqedədir. Bəzi ölkələr sözün əsl mənasında Myanmadakı öz xalqına silah çevirən xunta  rejimini dəstəkləyir. Bəziləri  köçürülərək təkrarlanan başsağlığı  ifadə edir.  Digərləri dağınıq, koordinasiya olunmayan hərəkətlər təklif edirlər. Kim isə sadəcə susur.

deyə  sitəm edən  Tom Endryus  dünyanı  ciddi və koordinasiyalı fəaliyyətə çağırıb.

Beynəlxalq ekspert Myanmadakı hadisələrə  BMT-nin Təhlükəsizlik Şurasının münasibət bildirməsi alınmırsa, təcili  növbədənkənar beynəlxalq  sammit  çağırılmasını  təklif edib.

Tom Endryus   konkret təkliflər də verib. Onun fikrincə,

  • Myanmada xalqı qorumaq üçün hərbi xuntanın  ölkənin maliyyə fondlarından istifadəsinə yol verilməməlidir.
  • Güc orqanları ikili təyinatlı silah və texnologiyalardan məhrum edilməlidir.
  • Dəhşətli əməllərə və qətllərə görə  məsul şəxslər barəsində tədqiqat başlanılmalıdır.

Xatırladaq ki, dünən – martın 27-də Myanmada  Hərbi Qüvvələr Günü əhali küçələrə etiraz yürüşünə çıxıb. Hərbi çevrilişlə ölkədə bir müddətdir hakimiyyəti ələ keçirmiş xunta nümayişçilərə odlu  silahdan atəş açıb. Nəticədə  uşaqlar da daxil 100 nəfər güllələnib.

“Reuters”in məlumatına görə, çevriliş günündən indiyədək Myanmada 400 mülki vətəndaş  öldürülüb.

Ötən gecə 12 ölkənin  imzaladığı  birgə bəyanatda Myanma təhlükəsizlik qüvvələrinin dinc əhaliyə qarşı silah işlətməsini kəskin qınanılıb.

Qeyd edək ki, dünən Myanmada keçirilən hərbi paradda Rusiya hərbçiləri də iştirak edib. Myanmanın baş komandanı paraddakı çıxışında Rusiyanı “Myanmanın əsl dostu” adlandırıb.

Xatırladaq ki, Myanmada hakimiyyət bu il fevralın 1-də devrilib. Hərbçi çevrilişlə hakimiyyəti ələ keçirən hərbçilər ölkədə bir il müddətin fövqəladə vəziyyət elan edib həbslərə, repressiyaya başlayıblar.

Daha bir xatırlatma: Myanmada 1962-ci ildən on illər boyu hərbi diktatura hökm sürüb. Vətəndaş cəmiyyətinə keçid, “demokratikləşmə” 2011-ci ildən başlayıb… Və 10 il sonra yenidən  ölkədə hərbi çevriliş baş verib.

Hərçənd, bu “yenidənqurma” illərində – 2017-ci ildə Myanmada müsəlmanlara qarşı dəhşətli soyqırımı törədilib: yüzlərlə müsəlman dini mənsubiyyətinə görə vəhicəsinə qətlə yetirilib. 250 mindən çox müsəlman zorakılıqdan canını qurtarmaq üçün Myanmadan qaçmaq məcburiyyətində qalıb…

Myanmada müsəlmanlara qarşı soyqırımı (2017)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir