COVİD-19: Azərbaycanda gündəlik youxma sayı 1800-ü ötüb

OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1831 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər çox təəssüf ki, vəfat edib.

İndiyədək ümumilikdə 256 min 201 nəfər koronavirus infeksiyasına yoluxub. Yoluxanlardan 236 min 151 nəfər müalicə olunaraq sağalıb, 3491 nəfər vəfat edib. Aktiv xəstə sayı 16 min 559 nəfərdir.

Yeni yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ölkədə son sutka ərzində 10 590, hazırkı dövrədək isə 2 milyon 837 min 044 test müayinəsi aparılıb.

Azərbaycanda son sutkada 1831 nəfər COVID-19-a yoluxub, 545 nəfər sağalıb, 27 nəfər vəfat edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir