Bu gün keçiriləcək 15 görüşlə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində II tura yekun vurulacaq.
“Report”un məlumatına görə, ikinci oyun günündə qarşılaşmalar B, C, D, F, I və J qruplarına təsadüf edəcək.
B qrupunda lider İsveç yığması hələ matça çıxmayan Kosovonu qəbul edəcək. Daha bir qarşılaşma ilk turu məğlubiyyətlə başa vurmuş Gürcüstan və öz meydanında Yunanıstanla heç-heçə etmiş İspaniya milliləri arasında keçiriləcək.
C qrupunun liderlərindən olan İsveçrə yığması hələ oyun keçirməyən Litvanı qəbul edəcəksə, İtaliya xalsız Bolqarıstanın qonağı olacaq.
D qrupunda ilk turu heç-heçə ilə başa vurmuş Ukrayna və Finlandiya milliləri qarşılaşacaq. Qazaxıstan isə debütdə son dünya çempionu Fransanı qəbul edəcək.
F qrupunda lider Danimarka Moldovanı, xalsız İsrail Şotlandiyanı sınağa çəkəcək. Daha bir görüş ilk turu heç-heçə ilə başa vurmuş Avstriya və Farer adaları yığmaları arasında olacaq.
İ qrupunda ilk turu qələbə ilə başa vurmuş Albaniya və İngiltərə yığmaları qarşılaşacaq. Eyni zamanda Polşa Andorranı, San Marino – Macarıstanı qəbul edəcək.
Nəhayət, J qrupunda ilk turdan qalib ayrılmış Rumıniya və Almaniya yığmaları üz-üzə gələcək. Həmçinin, Ermənistan İslandiyanı, Şimali Makedoniya Lixtenşteyni sınağa çəkəcək.
DÇ-2022, seçmə mərhələ
II tur
28 mart
B qrupu
20:00. Gürcüstan – İspaniya
22:45. Kosovo – İsveç
Xal durumu: İsveç – 3, Yunanıstan – 1, İspaniya – 1, Kosovo – 0 (oyun keçirməyib), Gürcüstan – 0
C qrupu
22:45. Bolqarıstan – İtaliya
22:45. İsveçrə – Litva
Xal durumu: İsveçrə – 3, İtaliya – 3, Litva – 0 (oyun keçirməyib), Bolqarıstan – 0, Şimali İrlandiya – 0
D qrupu
17:00. Qazaxıstan – Fransa
22:45. Ukrayna – Finlandiya
Xal durumu: Bosniya və Herseqovina – 1, Finlandiya – 1, Ukrayna – 1, Fransa – 1, Qazaxıstan – 0 (oyun keçirməyib)
F qrupu
20:00. Danimarka – Moldova
22:45. İsrail – Şotlandiya
22:45. Avstriya – Farer adaları
Xal durumu: Danimarka – 3, Avstriya – 1, Şotlandiya – 1, Farer adaları – 1, Moldova – 1, İsrail – 0.
İ qrupu
20:00. Albaniya – İngiltərə
22:45. Polşa – Andorra
22:45. San Marino – Macarıstan
Xal durumu: İngiltərə – 3, Albaniya – 3, Polşa – 1, Macarıstan – 1, Andorra – 0, San Marino – 0
J qrupu
20:00. Ermənistan – İslandiya
22:45. Rumıniya – Almaniya
22:45. Şimali Makedoniya – Lixtenşteyn
Xal durumu: Almaniya – 3, Rumıniya – 3, Ermənistan – 3, Şimali Makedoniya – 0, Lixtenşteyn – 0, İslandiya – 0.
Qeyd edək ki, turun 10 oyunu martın 27-də keçirilib.