Ermənistan yaralıların sayını açıqlayıb

Ermənistan Müdafiə Nazirliyinin Hərbi-Tibb İdarəsinin rəis müavini Qeran Paşikyan bu gün keçirilən mətbuat konfransında  Qarabağ müharibəsi dövründə  11 min hərbçinin yaralandığını açıqlayıb.

Onun açıqladığı məlumata görə, guya xəsarət alanların 55 faizinin yarası yüngül, 36 faizinin orta ağırlıqda,  7 faizinin isə ağır olub.

Əslində, ermənilər bu statistikanı da saxtalaşdırıblar.  İtkilərini ən azı iki dəfə azaldan düşmən yaralı sayını da ən az 3-5 dəfə azaldıb. Bunu iddia etmək üçün əldə kifayət qədər əsas var. Hökumətə müxalif erməni mənbələri də Qarabağ müharibəsində öldürülənlərin 7-10 min nəfər, yaralıların isə bundan 5 dəfə artıq olduğunu iddia edirlər.

Xatırladaq ki, müharibədən sonra təkcə Azərbaycan ərazilərindən toplanan erməni hərbçilərinə aid cəsəd sayı 1523-ə yüksəlib. Bu axtarışlar hələ də davam edir. Məsələn, dünən daha 5 erməni əsgərinin qalığı aşkar olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir