ABŞ Prezidenti ölkəsinin Çin və İran arasındakı tərəfdaşlıq münasibətlərindən narahat olduğunu deyib.
TASS agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Co Bayden Delaver ştatında jurnalistlərə verdiyi müsahibədə bildirib.
Jurnalistlər Baydenin “Pekin və Tehran arasında yaranan ortaqlıq”la bağlı açıqlama verməsini istəyiblər. Prezident isə cavabında “bundan müddətdir narahat olduğunu” deyib.
Qeyd edək ki, İran və Çin 25 illik müddətə hərtərəfli əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Saziş iqtisadi və mədəni sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Mənbə: APA