ABŞ mütəxəssisləri DST-nin koronavirusun mənşəyi ilə bağlı hesabatını araşdırır

ABŞ mütəxəssisləri Dünya Səhiyyə Təşkilatının (DST) koronavirusun mənşəyi ilə bağlı hesabatını araşdırır”.

TASS xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Əlbəttə ki, embarqo altında olan hesabat hazırda ABŞ mütəxəssislərinin əlindədir. Hesabat mütəxəssislərimiz tərəfindən aktiv və sürətli şəkildə araşdırılacaq“, – deyə Psaki əlavə edib.

Qeyd edək ki, DST Baş katibi Tedros Adanom Qebreyesus bazar ertəsi Cenevrədə təşkil olunmuş mətbuat konfransında bildirib ki, təşkilatın üzv ölkələrinə araşdırma üçün təqdim edilən hesabatın ictimailəşdirilməsinə icazə verilməyib.

Hesabat bir qrup DST mütəxəssisinin Çinin Uhan şəhərinə səfəri əsasında hazırlanıb.

“The Wall Street Journal”ının məlumatına görə, Çində səfərdə olan DST mütəxəssisləri “virusun nə vaxt, harada və necə yayılmağa başladığı” sualına qəti cavab verməyib.

Mənbə: APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir