Son 24 saatda Türkiyədə aparılan 225.511 test müayinəsi nəticəsində 32 min 404 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 1325-i aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 154 nəfər vəfat edib. 18 min 015 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.
Xəstələrdən 1998 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3,6%-dir.
Ölkədə indiyədək ümumilikdə 3 milyon 240 min 577 yoluxma, 31 min 230 insan itkisi və 2 milyon 975 min 108 sağalma faktı qeydə alınıb.
Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 38.102.747 COVID-19 test müayinəsi aparılıb.
Türkiyənin COVİD-19 üzrə təhlükəli bölgələrinin son xəritəsi:
İllerimizin risk durumunu gösteren son haritamız. Virüs gücünü kaybetmiş değil. Bu haritayı maviye çevirmek elimizde. Aşı programı toplum bağışıklığını sağlayana kadar mücadele etmeliyiz. Zor olanı aştık kolay olanı kaybetmeyelim. pic.twitter.com/jBnZGPNbwq
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) March 29, 2021