Mozambikdə onlara insan qətlə yetirilib

Mozambikdə onlara insan qətlə yetirilib

Mozambikin şimalındakı Palma şəhərinə radikal islamçıların hücumu nəticəsində onlarla insan həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) ölkə rəsmilərinə istinadən məlumat yayıb.

Mozambikin müdafiə nazirliyinin sözçüsü Ömər Saranqa bildirib ki, yaxşı silahlanmış radikal islamçılar ordu kazarmalarına və hökumət binalarına hücüm ediblər:

Hoteldən təxliyə edilən 180 nəfər silahlı islamçı qrupların pusqusuna düşüblər. Nəticədə onlarla insan qətlə yetirilib”.

Qeyd edək ki, Palma və onun ətrafında təxminən 50 min insan yaşayır. Onlardan bir çoxu qayıqlarla Mozambikin cənubuna və Tanzaniyaya qaçıblar. Palmadan 10 kilometr məsafədə qaz emalı ilə məşğul olan “Total” energetika qrupu bütün işləri dayandırdığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir