Son 24 saatda Türkiyədə aparılan 235.298 test müayinəsi nəticəsində 37 min 303 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 1376-ı aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 155 nəfər vəfat edib. 19 min 925 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.
Xəstələrdən 2054 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3,6%-dir.
Ölkədə indiyədək ümumilikdə 3 milyon 277 min 880 yoluxma, 31 min 385 insan itkisi və 2 milyon 995 min 033 sağalma faktı qeydə alınıb.
Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 38.338.045 COVID-19 test müayinəsi aparılıb.