COVİD-19: Türkiyədə son 24 saatda 40 minə yaxın yoluxma təsbit edilib

Son 24 saatda Türkiyədə aparılan 240.012 test müayinəsi nəticəsində 39 min 302 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 1401-i aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 152 nəfər vəfat edib. 19 min 193 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.

Xəstələrdən 2082 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3,6%-dir.

Ölkədə indiyədək ümumilikdə 3 milyon 317 min 182 yoluxma, 31 min 537 insan itkisi və 3 milyon 014 min 226 sağalma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 38.578.057 COVID-19 test müayinəsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir