Suriyada partlayış olub

Suriyada partlayış olub, ölən və xəsarət alanlar var

Suriyada partlayış törədilib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Məlumata görə, hadisə Dəməşq şəhərinin şimalında, Rukn-əd-Din yaşayış məntəqəsindəki küçədə baş verib. Qumbaranın partlaması nəticəsində bir nəfər həlak olub, yeddi nəfər yaralanıb.

Yaralılara tibbi yardım göstərilib.

İlkin araşdırma zamanı məlum olub ki, hadisəyə döyüş sursatı ilə ehtiyatsız davranış səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir