Böyük Dəbilqə: Nicat Şıxəlizadə bürünc medal qazanıb

Antalyada keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində cüdoçumuz bürünc medal qazanıb.

Nicat Şıxəlizadə (66 kq) digər təmsilçimiz Orxan Səfərovu məğlub edərək yarımfinala vəsiqə qazansa da, final uğrunda görüşdə yaponiyalı Hifumi Abeyə uduzub. Kişilər arasında keçirilən yarışın dörddəbir finalında Nicat Şıxəlizadə (66 kiloqram) bürünc medal uğrunda Kilian Le Bluya qalib gələrək üçüncü yeri tutub.

Digər təmsilçimiz, onunla eyni çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov isə üçüncü yer uğrunda mübarizədə rusiyalı Murad Çopanova uduzaraq medalsız qalıb.

Doxsan üç ölkədən 440 cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycan 13 idmançı ilə təmsil olunur. Yarış aprelin 3-dək davam edəcək.

Mənbə: AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir