Böyük Dəbilqə: Nicat Şıxəlizadə yarımfinala yüksəlib

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqədə Azərbaycan dueli keçirilib.

66 kq çəki dərəcəsində mübarizə aparan Orxan SəfərovNicat Şıxəlizadə 1/4 finalda bir-birilərinə rəqib olublar.

  • Millidəki komanda yoldaşını əlavə vaxtda qızıl xalla məğlub edən Nicat Şıxəlizadə yarımfinala yüksəlib.

Səfərov isə bürünc medal uğrunda təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər 5 cüdoçu medal şansını itirib.

Mənbə: Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir