COVİD-19: Azərbaycanda son epidemioloji tablo

OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2248 yeni yoluxma faktı qeydə alınıb, 860 nəfər müalicə olunaraq sağalıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 263 min 961 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Yoluxanlardan 238 min 985 nəfər müalicə olunaraq sağalıb, 3593 nəfər vəfat edib. Aktiv xəstə sayı 21 min 383 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 375, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 888 min 033 test aparılıb.

Azərbaycanda daha 2248 nəfər COVID-19-a yoluxub, 26 nəfər vəfat edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir