Son 24 saatda Türkiyədə aparılan 243.738 test müayinəsi nəticəsində 40 min 806 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 1424-ü aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 176 nəfər vəfat edib. 20 min 817 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.
Xəstələrdən 2135 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3,6%-dir.
Ölkədə indiyədək ümumilikdə 3 milyon 357 min 988 yoluxma, 31 min 713 insan itkisi və 3 milyon 035 min 043 sağalma faktı qeydə alınıb.
Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 38.821.795 COVID-19 test müayinəsi aparılıb.