Ötən sutka ərzində ölkədə daha 32 min 670 nəfərə (COVİD-19, SARS-CoV-2) yeni növ koronavirus infeksiyasına qarşı vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah xəbər verib.
Məlumata görə, bu statistka birinci mərhələ üzrə vaksinasiya olunan 11 min 509, ikinci mərhələ üzrə 21 min 161 nəfəri əhatə edir.
Hazırkı dövrədək ölkəmizdə vətəndaşlara vurulan vaksinlərin sayı 889 min 33-dür. Birinci mərhələ üzrə vaksinasiya olunanlar 569 min 994 nəfərdir.
Azərbaycanda tam (iki doza ilə) peyvənd olunanlar isə 319 min 39 nəfərdir.