Son 24 saatda Türkiyədə aparılan 248.968 test müayinəsi nəticəsində 42 min 308 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 1471-i aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 179 nəfər vəfat edib. 24 min 419 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.
Xəstələrdən 2182 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3,6%-dir.
Ölkədə indiyədək ümumilikdə 3 milyon 400 min 296 yoluxma, 31 min 892 insan itkisi və 3 milyon 059 min 462 sağalma faktı qeydə alınıb.
Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 39.070.763 COVID-19 test müayinəsi aparılıb.