Türkiyə və ABŞ-ın müdafiə nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər  

Türkiyə və ABŞ-ın müdafiə nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər  

Türkiyənin müdafiə naziri Hulusi Akar Pentaqonun rəhbəri Lloyd Ostinlə telefon danışığı aparıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirlyi bildirib.

Türkiyə və ABŞ-ın müdafiə nazirləri regionda təhlükəsizliyi müzakirə ediblər. Tərəflər eyni zamanda müdafiə sahəsində ikitərəfli əməkdaşlıq imkanlarını da nəzərdən keçiriblər.

“Hulusi Akar və Lloyd Ostin Türkiyə ilə ABŞ arasındakı strateji əlaqələrin əhəmiyyətini qeyd edərək bütün problemlərin tərəfdaşlıq və müttəfiqlik ruhunda həll olunmasının vacibliyini bildiriblər. Tərəflər bir daha əməkdaşlığın təşviq edilməsinin və iki ölkənin müdafiə sahəsindəki addımların sıx əlaqələndirilməsinin zəruriliyini vurğulayıblar”, – xəbərdə deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir