ABŞ generalı: “Biz hamımız bilirik ki, Putin – qatildir”

ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı, Əfqanıstanda və İraqda xidmət keçmiş general-leytenant Ben-Hodges  də Rusiya Prezidenti Vladimir Putini qatil  hesab etdiyini bildirib və qeyd edib ki, bundan çəkinmək lazım deyil.

O, belə bir bəyanatla Ukrayna televiziya kanallarından birində  ABŞ Prezidenti Baydenin Putin haqqında  fikirlərinə münasibət bildirərkən çıxış edib və deyib:

Düşünürəm ki, Kreml yalnız gücə hörmət edir. Onlar onu  (red: gücü) bəyənmirlər, onu tənqid edirlər, amma hörmət edirlər. Və mən düşünürəm ki, Bayden üçün bunu – “Bəli, əlbəttə, Putin – qatildir” söyləməsi vacib idi. Biz hamımız bunu bilirik və biz bunu söyləməkdən utanmalı deyilik.

General eyni zamanda deyib  ki, ABŞ dünyanın bütün ölkələri ilə müsbət münasibətlərdə olmağı istəyərdi, o cümlədən Rusiya ilə də.

Ben-Hodges Rusiya xalqını və dahi şəxsiyyətlərini tərifləyərək bu ölkə ilə müsbət münasibətlərdə hamının maraqlı olduğunu qeyd edib. Eyni zamanda deyib:

Lakin hər iki tərəf öz aralarında dürüst olmadığı zaman və Kreml cəzasız, birbaşa hərəkət edə biləcəyini hiss etdiyi şəraitdə  biz sağlam münasibətdə ola bilmərik”.

Xatırladaq ki, general Ben-Hodges Qarabağ müharibəsi zamanı (oktyabr ayının əvvəlində) Ukrayna mətbuatına açıqlamasında  “Kreml – Azərbaycanla Ermənistan arasında münaqişə yeganə ona sərf edir”  söyləyərək  Rusiyanın Qara dəniz hövzəsi və  Qafqaz regionunda yürütdüyü kirli siyasətinin mahiyyətindən danışmışdı.

 

Mənbə: qordon

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir