ABŞ-da ölkədaxili səyahətlərə görə tətbiq edilmiş məhdudiyyətlər peyvənd olunmuş şəxslər üçün yumşaldılıb.
TASS xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Federal Mərkəzinin məlumatında bildirilib.
Yeni təlimatlara görə, səfərdən əvvəlki üç ayda koronavirusa qarşı peyvənd olunan insanlar səyahət zamanı testə cəlb edilməyəcəklər. Eyni zamanda, bu kateqoriyadan olan vətəndaşlar karantinə alınmayacaqlar.
Qeyd edək ki, ABŞ-da hazırda koronavirusa qarşı üç peyvənd (“Pfizer”, “BioNTech”, “Moderna”) təsdiq edilib. “AstraZeneca” peyvəndi isə müvafiq tibbi tənzimləyici qurum tərəfindən təsdiq gözləyir.
Mənbə: APA