Dünən – aprelin 2-də keçirilib.
Bu barədə mətbuata SOCAR-ın təmsilçisi İbrahim Əhmədov məlumat verib:
TED təqdirəlayiq, dəyərli ideyaları dünyada yayan, mərkəzi ofisi Amerika olan bir təşkilatdır. TEDx tədbirləri yalnız təşkilatdan alınan lisenziya ilə ildə bir dəfə keçirilir.
Azərbaycan Britaniya Kollecinin şagirdləri komanda olaraq bu təşkilata müraciət edib və lisenziya alıblar. Bununla da, Azərbaycanda ilk dəfə bir orta məktəbdə TEDx tədbiri keçirilib.
Tədbirdə millət vəkilləri, müəllimlər, şagirdlər və ölkəmizin tanınmış simaları çıxış edib.
Açılış nitqi ilə SOCAR-ın kadr, rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti, məktəbin idarə heyətinin sədri Xalik Məmmədov çıxış edib. Daha sonra məktəbin direktoru Carl Lander kürsüyə qalxıb və məktəb haqqında qısa məlumat verərək tədbirin ərsəyə gəlməsində xidmətlərinə görə müəllim və şagird heyətinə təşəkkürünü bildirib.
TEDx tədbirində millət vəkilləri Etibar Əliyev və Rəşad Mahmudov, eləcə də BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, digər tanınmış simalar ürək sözlərini bildiriblər. Məktəbin şagirdləri də aktual mövzularda çıxış ediblər.
Pandemiyanı və karantin rejimi şəraitini nəzərə alaraq təşkilatçılar zala izləyici toplamayıblar. Bu səbəbdən çıxışlar məktəbin “Facebook” səhifəsi və “YouTube” kanalı üzərindən canlı yayımlanıb.
Xatırladaq ki, Azərbaycan Britaniya Kolleci 2012-ci ildən fəaliyyətə başlayıb.
Bağça, məktəbəqədər hazırlıq, ibtidai və orta təhsil xidməti göstərən kollec Azərbaycan da daxil olmaqla 25 müxtəlif ölkəni əhatə etməkdədir.
ABC-də İngiltərə Milli Kurrikulumu 24 əcnəbi və 50 yerli müəllim tərəfindən tədris olunur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tələbinə uyğun olaraq Azərbaycan dili, ədəbiyyat və tarix fənləri də kurrikuluma əlavə edilib..
Bu təhsil müəssisəsi ABC Beynəlxalq Məktəblər Şurası tərəfindən tam akkreditasiya olunmuş yeganə məktəbdir və Britaniya Məktəblər Şurasının üzvüdür.