OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2392 yeni yoluxma faktı qeydə alınıb, 1063 nəfər müalicə olunaraq sağalıb.
Çox təəssüf ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 268 min 714 nəfər koronavirus infeksiyasına yoluxub. Yoluxanlardan 240 min 870 nəfər müalicə olunaraq sağalıb, 3648 nəfər vəfat edib. Aktiv xəstə sayı 24 min 196 nəfərdir.
Ölkədə son sutka ərzində 15 min 585, hazırkı dövrədək isə 2 milyon 916 min 745 test aparılıb.