“İsgəndər”in buynuzu: Kreml trolların ümidinə qalıb, ortalıqda isə VİDEO fakt da var

Rusiyaya məxsus “İsgəndər-M” taktiki-operativ raket kompleksindən Azərbaycana qarşı istifadə olunduğu iddiasını təsdiqləyən faktların – partlamış raketlərin qalıqlarının tapılması və ictimaiyyətə tanıdılması  rəsmi Bakının səbrinin daşmasına dəlalət edir.

Sözdə “Dağlıq Qarabağ Azərbaycandır” deyə dəfələrlə Azərbaycanın  ərazi bütövlüyünü tanıdığını bəyan etməsinə baxmayaraq, rəsmi Kreml sülhməramlı missiyanın boyunu aşan və heç bir əndazəyə sığmayan əməllərlə məşğuldur. Faktiki yenidən Azərbaycan ərazisində  separat rejim formalaşdırılır və buna dəlalət edən səslər günbəgün daha gur eşidilir…

Yenidən həyasızlaşmağa  başlayan Ermənistan Rusiyanın himayədarlığı  ilə hələ də Dağlıq Qarabağa iddialıdır. Halbuki, müharibə şərtləri ilə “Dağlıq Qarabağ” kəlməsini dilinə belə gətirməməlidir. Çünki müharibə məhz  Dağlıq Qarabağ uğrunda aparılırdı və Ermənistan bu savaşı biabırcasına uduzdu. Özü də arxasında birbaşa Rusiyanın hərbi dəstəyi, köməyi olmasına baxmayaraq.

“İsgəndər M”  sistemindən  Azərbaycan  ərazisinə atılmış raket qalıqları Rusiyanın nəinki Ermənistana hərbi dəstək verməsinə, həm də bilavasitə müharibədə iştirakına dəlalət edir: bu komplekslər ancaq Rusiya Silahlı Qüvvələrinə məxsusdur.

9M723 raket qalıqları bunun təkzibolunmaz sübutudur.


Əlaqədar:  “İsgəndər-M”dən kim və nə məqsədlə Azərbaycana atəş açıb?

Qəfil fakt qarşısında qalan rəsmi Kreml buna səhih izahat verə bilməyib və Rusiya Federasiyası Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov  “axı hamı təsdiqləmişdi ki, “İsgəndər” Qarabağda tətbiq olunmayıb” formullu  xatırlatması ilə vəziyyətdən çıxmağa çalışıb. Eyni zamanda “top”u hərbçilərə ötürüb. Onların prezidentə bununla bağlı məruzə edib-etmədiyindən, mövqelərindən xəbərsiz olduğunu bildirib.

Yəni, əslində rəsmi Kreml fakt qarşısında ağlabatan əks arqument irəli sürməyə macal tapmayıb və bunun üçün vaxt qazanmağa  çalışır.

Kremlin trolları isə fəaliyyətdədir: onlar  Azərbaycanın sübut olaraq təqdim etdiyi 9M723 raketi  fraqmentlərinin guya  Suriyadan gətirildiyini iddia edirlər.

♦ ♦ ♦

Onu da xatırlatmaq yerinə düşər ki, müharibə zamanı da Azərbaycanın yaşayış məntəqələrinə  “İsgəndər” raket sistemlərindən atəş açıldığı iddia olunmuş, bu barədə dünya, o cümlədən ABŞ  mətbuatı yazmış, hətta Rusiya hərbi ekspertləri bunu şərh etmişdi…

Məsələn, LENTA.RU-da

Qeyd edək ki, Ermənistanda müharibə zamanı Azərbaycana atılmış “İsgəndər”  raketlərinin keyfiyyətsizliyi  haqqında siyasi polemika sürən dövrdə erməni mənbələri  bu komplekslərdən açılan atəş anını əks etdirən video yaymışdı.

Caliber Az-ın rus dilində şərhi ilə o görüntüləri diqqətinizə təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir