
Rusiyanın hərbi təyinatlı “Kosmos-2525” kəşfiyyat peyki orbitdən çıxaraq Sakin okean üzərində məhv olub.
Bu barədə Şimali Amerika hərbi-kosmik müdafiə komandanlığı (NORAD) məlumat verib və xəbər space-track.org saytında dərc olunub.
NORAD – ABŞ və Kanadanın yaratdığı birgə sistemdir. space-track.org – kosmik peykləri izləyir.
Amerika hərbçilərinin məlumatına görə, Yer orbitindən sapan peyk aprelin 1-də planetin atmosferinə girib və havada – Sakit okeanın cənub tərəfində, Bakı vaxtı ilə saat 08:43-də məhv olub.
“Kosmos-2525” hərbi-kəşfiyyat təyinatlı kosmik aparat 2018-ci ildə Rusiyanın Arxangelsk vilayətindəki Pleseçk kosmodromundan start götürən “Soyuz-2.1v” daşıyıcı raketi vasitəsilə Yer orbitinə çıxarılmışdı.
Peykin məhv olması barədə Rusiya mətbuatı eyni mənbəyə istinadən məlumat yaysa da, RF Müdafiə Nazirliyi hadisəyə münasibət bildirməyib.
Mənbə: DW