Türkiyədə son 24 saatın COVİD-19 tablosu

Son 24 saatda Türkiyədə aparılan 249.126 test müayinəsi nəticəsində 44 min 756 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 1483-ü aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 186 nəfər vəfat edib. 23 min 214 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.

Xəstələrdən 2231 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3,6%-dir.

Ölkədə indiyədək ümumilikdə 3 milyon 445 min 052 yoluxma, 32 min 078 insan itkisi və 3 milyon 082 min 676 sağalma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 39.319.889 COVID-19 test müayinəsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir