OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2021 yeni yoluxma faktı qeydə alınıb, 776 nəfər müalicə olunaraq sağalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər çox təəssüf ki, vəfat edib.
İndiyədək ümumilikdə 270 min 735 nəfər koronavirus infeksiyasına yoluxub. Yoluxanlardan 241 min 646 nəfər müalicə olunaraq sağalıb, 3 677 nəfər vəfat edib. Aktiv xəstə sayı 25 min 412 nəfərdir.
Ölkədə son sutka ərzində 12 min 210 , hazırkı dövrədək isə 2 milyon 928 min 955 test aparılıb.