Fransada Birinci Dünya müharibəsi dövrünə aid partlamamış əl qumbarası tapılıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Proqres” qəzeti yazıb.
Hadisə Lion şəhəri yaxınlığındakı Tassan la Demi-Lyun kommunasında baş verib. Belə ki, 8 yaşlı uşaq bağçada qardaşları ilə oynayan zaman əl qumbarası aşkar edib.
İstehkamçılar qrupu hadisə yerinə gələrək silahı zərərsizləşdirmək üçün ərazidən aparıblar. Ehtimal edilir ki, qumbara əraziyə gətirilən torpağın içində olub.