“Mercedes-Benz”-EQS modifikasiyalı elektromobil S-Class seqmentində ayrıca model kimi bazara çıxarılacaq. Satışlara bu ilin avqustundan başlanılacaq və model iki variantda təqdim olunacaq: EQS 450+ və EQS 580 4Matic+.
İstehsalçı hələ bu yeni model avtomobillərin satış qiymətini açıqlamayıb.
EQS versiyasından asılı olaraq avtomobillər bir və ya iki eATS elektrik modulu ilə təchiz ediləcək. eATS – modulu “Bosch” şirkətinin elektrik mühərrikindən, bərkidilmiş reduktordan və güc elektronikasından ibarətdir. Mühərrikin reduktoru daxili sistemlə soyudulur.
Batareyalar 400 voltluq və 90, yaxud 107,8 kilovat-saatlıqdır.
Birinci model (EQS 450+) kiçik akkumulyatorla 331 at gücünə və 568 Hm qüvvəyə malikdir, 100 kilometrə 16,0-19,1 kilovat-saat enerji “yandırır”. Bu, təxminən “Tesla Model S”dəki qədərdir.
EQS 580 4Matic+ isə iki eATS elektrik modullu və “Torque Shift” funksiyalıdır. Torque Shift oxların fırlanma sayına nəzarət edir – fırlanma hər oxda dəqiqədə maksimum 10 minədək yüksəldilə bilər. Beləcə, güc aqreqatı 525 at gücünə, 855 Hm qüvvəyə sahibdir.
Elektrikli “Mercedes-Benz”-EQS bir dəfədə, əlavə enerji yükləmədən (WLTP siklində) 770 kilometr yol qət edə bilir.
Avtomobilin münasib aerodinamikası – hava müqavimətinin azalmasına, beləcə, enerji sərfinin aşağı düşməsinə səbəb olur.
EQS 580 saatda 100 km sürəti cəmi 5 saniyədə yığır.
Hər iki modelin maksimal sürəti isə saatda 210 km-dir.
Mənbə: motor.ru