Aprelin 4-də Azərbaycan Respublikasında 22 min 932 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 min 451, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı isə 14 min 481 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 947 min 745-ə bərabərdir.
- Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 590 min 914,
- ikinci mərhələ üzrə peyvənd vurulanların sayı isə 356 min 831 nəfərdir.