Son 24 saatda Türkiyədə aparılan 246.210 test müayinəsi nəticəsində 41 min 998 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 1508-i aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 185 nəfər vəfat edib. 22 min 674 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.
Xəstələrdən 2311 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3,6%-dir.
Ölkədə indiyədək ümumilikdə 3 milyon 487 min 050 yoluxma, 32 min 263 insan itkisi və 3 milyon 105 min 350 sağalma faktı qeydə alınıb.
Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 39.566.099 COVID-19 test müayinəsi aparılıb.