OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1099 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb.
Çox təəssüflər olsun ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 271 min 834 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, Yoluxanlardan 242 min 293 nəfər müalicə olunaraq sağalıb, 3711 nəfər vəfat edib. Aktiv xəstə sayı 25 min 830 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə 6 min 763, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 935 min 718 test aparılıb.